Azərbaycanda dəm qazı daha iki nəfərin ölümünə səbəb olub.
Medicina.az qafqazinfo-a istinadən xəbər verir ki, hadisə Bakıda baş verib.
Hələlik adları məlum olmayan iki körpə dəm qazından dünyasını dəyişib. Onlar Astara rayonunun Şüvi kəndində dəfn olunublar.
Qeyd edək ki, martın 4-də Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından vəfat edib. Onlar - Rafiq Hüseynov (baba), Yeganə Hüseynova (nənə), Sara Rafiq qızı Hüseynova (ana) və onun 3 körpəsi Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.