Bakıda daha bir tələbə dəm qazından boğulub.
Medcina.az xəbər verir ki, hadisə dekabrın 4-də baş verib.
Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Dadaşov Nurlan Akif oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub.
N.Dadaşovun meyiti otaq yoldaşları tərəfindən aşkar edilib.