Bakıda dəm qazından boğulan kişi vəfat edib.
Medicina.az qafqazinfo-a istinadən verdiyi xəbərə görə, hadisə gecə saat 23 radələrində baş verib. Üzeyir Hacıbəyov küçəsində yaşayan 1963-cü il təvəllüdlü Elçin Əsgərov evinin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.