Bakıda bir gecədə iki gənc qız dəm qazından zəhərlənib.
Medicina.az qafqazinfo-a istinadən verdiyi xəbərə görə, hər iki hadisə dekabrın 22-dən 23-nə keçən gecə baş verib.
Bibiheybət qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Dilarə Xəlilova mənzildə dəm qazından zəhərlənib.
İkinci hadisə isə Bayıl qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Günay Abbasova evdə dəm qazından zəhərlənib.
Hər iki şəxs Toksikologiya Mərkəzinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.