Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Deltaya yoluxanda burun axır, iybilmə itmir

  • 2021.10.20 15:59
  • 2293 Baxış
Deltaya yoluxanda burun axır, iybilmə itmir

““Delta” ştamı qrip və digər infeksiyalar kimi başlayır. Bu ştama yoluxan şəxslərdə burun axır, qızdırma olur və iybilmə-dadbilmə itə bilir”.


Medicina.azxəbər verir ki, bunu COVID-19 peyvəndləri mövzusunda keçirilən canlı yayımda - Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu virusda inkubasiya dövrü daha qısadır. Xəstəlik daha qısa vaxt ərzində proqressivləşir. Yoluxuculuq qabiliyyəti də COVID-19-un digər ştamları ilə müqayisədə daha yüksəkdir.