Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Deltadan sonra Lyambda – Hansı ştamm daha təhlükəlidir?

  • 2021.07.14 16:05
  • 1259 Baxış
Deltadan sonra Lyambda  – Hansı ştamm daha təhlükəlidir?


C37 kodlu yeni ştamm Lyambda 1 ay əvvəl rəsmən təsdiqlənib.
Artıq bu ştamm dünyada onlarla ölkədə yayılıb.


Medicina.az xəbər verir ki, bu ştamm Latın Amerikasında aşkar edilib.

İlk dəfə Peru şəhərində qeydə alınıb. Bu ölkələrdə yarım ildir güclənən Lyambda koronavirusun demək olar bütün ştammlarını sıradan çıxararaq, özü əsas mutasiya olub.

Hazırda Peruda 100 xəstədən 95-i Lyambda ştammına yoluxub. 1000 xəstədən 7 nəfər həyatını itirir. Bu göstərici dünyada ən yüksəkdir.

Burdan belə nəticəyə gəlmək olur ki, Lyambda koronavirusun Uhan və klassik ştammından daha təhlükəlidir, Delta ilə paralel rəqabətə girib.


İyunun 14-də ÜST Lyambdanı təhlükəli variantlar siyahısına daxil edib. Hələ ki, bu ştammın antitel və peyvəndlərə necə təsir etdiyi barədə dəqiq məlumat yoxdur.