Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Delta virusu damarları daha çox məhv edir, venalarınızı yoxladın – Fleboloq

  • 2021.10.06 16:56
  • 2222 Baxış
Delta virusu damarları daha çox məhv edir, venalarınızı yoxladın  – Fleboloq

Koronavirusun hind versiyası Delta əvvəlki klassik koviddən daha çox və güclü şəkildə toxuma divarlarını zədələyir, xüsusən damarların.

Medicina.az xəbər verir ki, həkimlər koviddən sağalanların çoxunda ayaq damarlarında problemlər yarandığını bildirib.

Xəstələrin ayaqları ilə bağlı şikayətləri bunlardır:


- Binada pilləkənləri qalxandan sonra, ayaq damarlarım dartılır, ayaqlarım ağırlaşır, sanki üzərindən tank keçib

- Ayaqların arxası, dabanlar, bud hissə ağrıyır, uzananda sanki damarların içində qan istiləşir, axır. Ağrıya qarşı maz çəkirik, təsir etmir.

- Varikoz damar qabarcıqları, şişkinlikləri üzə çıxıb, ayaq damardan göyərib

Virusoloq Aleksandr Çepurnov bildirib ki, kovid xəstələrinin 80%-də ayaqlardan və damarlardan şikayətlər olub.

Bunun səbəbi virusun damar hüceyrələrini asanlıqla keçməsi, yapışması və zədələməsidir. Delta mutasiyası hüceyrələrin müdafiə sistemini daha tez yarır, iltihab sahəsi geniş olur, damarların daxili zədələnir.

Nəyə görə kovid varikozu artırır? Fleboloq həkim Sergey Drobyazqo bildirib ki, virus aktiv şəkildə damar toxumalarını endotellərə hücum edir, bu təkcə ayaq damarları yox, bütün damarlara aiddir. Sadəcə ayaqlarda həmişə qan axını zəif olur, durğunlaşma çox yaranır, ona görə xəstələr ayaqda ağrılar hiss edir.


Delta bütün böyrək, ürək, beyin damarlarını zədələyir, ona görə koviddən sonra infarkt, insult hallarının sayı artır.
Ona görə koaqulyasion müalicəni unutmuruq, qanın qatılığını yoxlayırıq, həkim nəzarəti altında qandurulducular istifadə etməliyik.

Əgər siz kovidi ağır keçirmisizsə, ayaqlarınız şişib, damarlar üzə çıxıb düyünlənirsə, ayaqda ağrılar varsa, mütləq ayaq damarlarının doplerini etdirin. Damarların USM müayinəsində tromboz aşkar olunur.

Zədələnmə varsa damar bərpa edici preparatlar təyin edilir.