AY.4.2 ştammı "Delta"nın mutasiyaya uğramış formasıdır.
Medicina.az xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.
“Bir sıra ölkələrdə və eləcə də qonşu ölkələrdə bu ştamm geniş yayılıb. Mutasiyaya uğramış ştammın reaktivi olmadığı üçün diaqnoz qoymaq çətindir. Elə ona görə də ölkəmizdə yeni ştammın olub olmadığını müəyyənləşdirmək çətindir.
Əlamətləri isə çox fərqlidir. Sadə qrip və yaxud da zökəm, burun axma, baş, boğaz ağrısı və öskürək kimi özünü göstərir. Qripdən fərqli olaraq daha uzun müddətli gedir və gec sağalır.
Uşaqlar üçün çox təhlükəlidir. Xüsusilə də məktəbli uşaqlar arasında sürətlə yayılır. Təhlükəlilik dərəcəsi də əvvəlki COVID variantları ilə eynidir”.
Qeyd edək ki, AY.4.2 ştammı daha çox Böyük Britaniyada yayılmağa başlayıb. "Delta"dan fərqli olaraq isə ÜST tərəfindən təhlükəli variant adlandırılmayıb.