“Koronavirusa yoluxma halında başlanğıc əlamətlər digər hava-damcı infeksiyaları ilə eynidir”.
Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19 " mövzusunda çıxışında deyib.
O bildirib ki, yalnız yoxlamalardan sonra bunun koronavirus olduğu müəyyənləşir:
“Həmçinin burada ağciyər zədələnməsi sürətli gedirsə, müəyyən əlamətlər artırsa, o zaman COVID-19 olduğunu bilmək olur. Bizim üçün önəmli odur ki, xəstəliyin ilk günlərində COVID aşkarlansın. Xüsusən "Delta" ştammında proses birdən-birə şiddətlənir və ağırlaşır. Bunun baş verməməsi, vaxtında aşkarlanması mütləqdir. İstənilən əlamətləri olanlara COVID xəstəsi kimi baxıb yoxlamadan keçirmək lazımdır”.