Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Delta" ştammına yoluxanlarda bu əlamətlər olur - Həkim açıqladı - VİDEO

  • 2021.07.16 11:59
  • 1861 Baxış
"Delta" ştammına yoluxanlarda bu əlamətlər olur -  Həkim açıqladı - VİDEO
Delta ştammına yoluxan şəxslərdə xəstəlik özünü 3-5 gün ərzində büruzə verir.

Medicina.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.

O bildirib ki, delta ştammına yoluxan şəxslərdə daha çox burun axması müşahidə olunur:

“Əgər 100 min adam koronaya yoluxubsa, onların hamısında delta ştammı olub-olmamasını müəyyənləşdirməyin mənası yoxdur. Çünki bu ştam ölkədə aşkarlanıbsa, demək müraciət edənlərin böyük əksəriyyətində delta ştammıdır. Bu ştama qat-qat yumşalmış vəziyyətdə rast gəlinir. Gözdən yaş axır, dad və iybilmə çox az hallarda itir. Noyabr-dekabrda müşahidə etidiyimizdən fərqli olan isə daha çox burun axması və boğaz ağrısıdır. Qızdırma isə 37.4-37.5 dərəcə arasında olur. Müəyyən qədər ishal prosesi də özünü çox göstərir və xəstəliyin özünü büruzə vermək müddəti 2 dəfə qısalıb. Əgər adi koronaya yoluxma 2-21 gün ərzində müşahidə olunurdusa, bu ştamm 3-5 gün ərzində özünü göstərir və 7 dəfə daha sürətli yayılır. Lakin artıq dünyanın bir çox ölkəsində vaksinasiya tətbiq olunub. Onun necə yayılacağı böyük sualdır”.