"Delta" ştamına uşaqlar və gənclər daha tez yoluxur - XƏBƏRDARLIQ - VİDEO
"Delta" ştamına uşaqlar və gənclər daha tez yoluxur - XƏBƏRDARLIQ - VİDEO
2021.07.23 13:17
1535 Baxış
Koronavirusun "Delta" ştamına uşaqlar, yeniyetmələr və gənclər daha tez yoluxur.
Medicina.az xəbər verir ki, bunu ABR24-ün "Gündəm" verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.
"Tədqiqatlar göstərirdi ki, COVİD-in əvvəlki variantları uşaqları çox az yoluxdururdu. Hətta uşaqlar və gənc yaşlı şəxslər yoluxduqda ya simptomsuz, ya da yüngül simptomlarla keçirirdilər. Pandemiya dövründə ABŞ-da cəmi 2500 uşaq xəstəliyi ağır keçirmişdi. Bu, əvvəlki variantların uşaqlara az təsirli olmasından xəbər verirdi. Lakin "Delta" ştamı bir qədər fərqlidir. Uşaqlar, gənclər, yeniyetmələr daha tez yoluxur. Əvvəlki ştamlarla müqayisədə onun simptomlu xəstəlik törətmə qabiliyyəti daha yüksəkdir"- o bildirib.
Nabil Seyidov onu da qeyd edib ki, vaksinasiya prosesi vasitəsilə 18 yaşdan yuxarı gənclər qorunmuş olur:
"Bütün tədqiqatlar göstərir ki, bir dozalı vaksinasiya müəyyən dərəcədə, iki dozalı, yəni tam vaksinasiya isə əhəmiyyətli dərəcədə qoruma qabiliyyətinə malikdir".