Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Delta ştamı COVID peyvəndinin effektivliyini aşağı salır

  • 2021.08.05 19:20
  • 1270 Baxış
Delta ştamı COVID peyvəndinin effektivliyini aşağı salır

Delta ştamının yayılması COVID-19-a qarşı mövcud vaksinlərin effektivliyini aşağı salır.

Bu barədə "Bloomberg” agentliyi britaniyalı alimlərin araşdırmalarına istinadən məlumat yayıb.

İngiltərədə 98 min nəfərin iştirak etdiyi və 24 iyun-12 iyul tarixləri arasında aparılmış araşdırmanın nəticələrinə görə, vaksinlərin koronavirus infeksiyasına yoluxmaya qarşı effektivliyi 49 %-ə enib. Bir ay öncə isə bu göstərici 64 % təşkil edib.


"Bloomberg” agentliyi məlumat verir ki, alimlər koronavirusun delta ştamının yayılmasına qarşı mübarizə üçün yeni vaksinlərə ehtiyac olacağını güman edirlər.