Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Deksametazonun zərərləri - Orqanizmdə nələr yaradır?

  • 2020.12.29 17:54
  • 16739 Baxış
Deksametazonun zərərləri -  Orqanizmdə nələr yaradır?


Dünya tibbi koronavirusun müalicəsində Deksametazonun təsirini təsdiqləyəndən sonra indi hər kəs sistemə deksametazon qatıb ilk növbədə onu orqanizminə yeridir.


İlk olaraq İspaniyada intensive terapiya şöbəsində yatan ağır xəstələrdə sınanan Deksametazon sitoken fırtınasını söndürərək, 14% ağır xəstənin həyatını xilas etmişdi.

Medicina.az xəbər verir ki, deksametazon kortikosteroid preparatdır, iltihab əleyhinə və immunsupressiv hallarda istifadə olunur.

Dünya Səhiyyə Təşkilatı bu steroid preparatı yalnız ağır və kritik formada olan xəstələrə tətbiq edir və bunu tövsiyə edir.
Ağciyərləri 50%dən az zədələnən, özü normal nəfəs alan, xəstəliyi yüngül keçirən, xüsusilə gənc insanlara deksametazon vurmaq qəti olmaz.


Nəyə görə?

Birinci zərər – Qanda şəkəri artırır, hiperqlikemiya yaradır. Bu isə mədəaltı vəz, ürək üçün zərərlidir

- Gözdə qlaukoma, katarakta yarada bilər
- Psixoloji fəsadlar verə bilər – depressiya, huşun aydın olmaması, huşsuzluq, yaddaşsızlıq, təşviş, qıcıqlanma, ağlamaq və s.
- Çəkini artırır, xüsusən kişilərdə süd vəzini böyüdə bilər
- Sümüklərdə osteoporoz yaradır

- İmmuniteti demək olar ki, söndürür, bu zaman xəstə digər infeksiyalara həssas olur, orqanizmdə olan digər fəsadlar qabarır
- Bədəndə maye toplayır, durğunluq yaradır

- Deksametazondan sonrakı həftələrdə gəzərkən yerişdə səntirləmə, səndələmə, müvazinətin itməsi hiss olunur
- Şəkər xəstələrinin vəziyyətini ağırlaşdıra bilər – komaya kimi


- Ürəyi zəif və xəstə insanlarda aritmiya, bradikardiya yaradır, EKQ-də dəyişikliklər görünür, təzyiqi yüksəldir, tromboza səbəb olur. Hətta ürəyin qəfil dayanmasına kimi.



Preparat oral və ya əzələyə inyeksiya şəklində, sutkada 1 dəfədən çox olmayaraq, 5-7 gün istifadə edilə bilər. Sutkalıq doza 6 mq aşmamalıdır.

Ona görə də koronavirus testi pozitiv çıxan kimi, deksametazonu bədəmə yeritmək olduqca zərərlidir, təhlükəlidir və bu həmin insane koronavirusdan da çox zərər vura bilər.


Deksametazon immunitetin alovlandığı sitoken fırtınası zamanı lazımdır. Onu isə hər xəstə yaşamır.
Dekzametazon xüsusilə kişi cinsi üçün fəsadları çoxdur, onlarda hormonal balansı pozur.