Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dekabrın 1-i - Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

  • 2017.12.01 11:52
  • 23646 Baxış
Dekabrın 1-i -  Ümumdünya QİÇS-lə Mübarizə Günüdür
Ümumdünya QİÇS-lə Mübarizə Günü hər il dünyada dekabrın 1-də qeyd edilir.

 

Medicina.az xəbər verir ki, dünyada HİV virusunun artım sürəti təqvimdə onunla bağlı beynəlxalq gün ayrılmasına səbəb olub. Bütün dünyada həmin gün QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətinin miqyası, XX əsrin vəbası hesab olunun infeksiyanın XXİ əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.


Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir. 1981-ci il iyunun 5-də Amerikada Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan HİV-infeksiyanın və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir.


Statistikaya görə, hazırda dünyada 15 yaşdan 39 yaşa qədər olan əhali arasında 35 milyon nəfərdən çox immun çatışmazlığı virusuna yoluxan var.