Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dekabrda insan nə qədər günəş şüası qəbul etməlidir? - Dermatoloq “mif”ləri dağıdır

  • 2018.12.07 16:58
  • 9630 Baxış
Dekabrda insan nə qədər günəş şüası qəbul etməlidir? -  Dermatoloq “mif”ləri dağıdır
Orqanizmi lazımi səviyyədə D vitamini ilə təmin etmək üçün insana müəyyən miqdarda günəş şüası lazımdır. Nə qədər günəş şüasının lazım olduğuna dair müxtəlif fikirlər olsa da, London Kral Kollecinin dermatoloqu bu rəqəmin, çoxlarının düşündüyündən xeyli böyük olduğunu deyib.


Medicina.az xəbər verir ki, həkim-dermatoloq Reyçel Morris-Cons dəri ilə bağlı bütün "mifləri” özünün 20 illik təcrübəsinə əsasən alt-üst edir. Məsələn, o, əmin edir ki, bizim çoxumuza yumşaldıcı vasitələr lazım deyil. Belə ki, insan dərisi öz təbii balansını qoruyub saxlaya bilir və onu əlavə olaraq artırmağa ehtiyac yoxdur. Lakin normal dərisi olan insanlar zaman keçdikdə əllərində və ayağın aşağı hissəsində quruluğun artmasını hiss edirlər. Adətən 20 yaşdan sonra başlanan bu proses orqanizmin hər il 1 faiz az kollagen hasil etməsi ilə bağlıdır ki, nəticədə dəridə nəmlik azalır. Hər halda insanlara 50 yaşdan sonra yumşaldıcı vasitələr lazımdır, bu zaman onların inqrediyentinə diqqət yetirilməli, tərkibində kokos yağı, yaxud parafin olandan istifadə edilməlidir.


Günəş yanıqlarından qorunmaq lazımdır. Lakin şübhə yoxdur ki, bizim sağlamlığımız üçün günəş şüaları vacibdir. Çünki onun təsiri altında dəri sümük və immun sisteminin tələb etdiyi D vitaminini ayırır. Hər gün orqanizmə bu vitamindən 25 mkq lazımdır. Bu miqdarı əldə etmək üçün Avropa ölkələrində yaşayanlar aprel ayında 8 dəqiqə, avqustda 5 dəqiqə, dekabrda 2 saat 20 dəqiqə, qaradərili insanlar isə dekabr ayı ərzində 24 saatdan çox günəş şüası qəbul etməlidir.


Reyçel Morris-Cons dəri yaralarını sağaltmaqda adi balı məsləhət görür. Qeyd edək ki, alimlər bu məhsulda dərini sağaldacaq aktiv bioloji komponentlərin olmasını yalnız son vaxtlar aşkar ediblər. Baldakı turşuluq yaranın sağalması üçün orqanizmin hasil etdiyi zülalların ayrılmasına səbəb olur. Bundan başqa, bal yaranın çirkini təmizləyir ki, bu da yaranı daha tez sağaldır.