Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) isti hava dalğalarında davamlı artım olduğunu və daha güclü isti dalğalarına hazır olmanın vacibliyini bildirib.
"Medicina" xəbər verir ki, bu barədə ÜMT-nin Baş Hava Temperatur mütəxəssisi Con Nairn BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında məlumat verib.
Nairn, isti hava dalğalarının urbanizasiya, temperatur yüksəkliyi və artan əhali səbəbiylə sağlamlıq riski təşkil etdiyini qeyd edib.
O, hava şəraitinin iqtisadiyyata, təbii həyata və ətraf mühitə böyük təsir etdiyini vurğulayıb.
"İsti dalğaların müddətində və intensivliyində davamlı artım müşahidə edirik. Bu, qlobal istiləşmə ilə bağlı elmi məlumatlar və İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin hesabatlarına tam uyğundur. Bu hadisələr artmağa davam edəcək. Dünya daha güclü isti hava dalğalarına hazır olmalıdır”,- deyə Nairn əlavə edib.