Dəfnə yarpağı ürək və mədə-bağırsaq problemlərində, iltihabla mübarizə aparır.
“Medicina” xəbər verir ki, dəfnə yarpağı həzm sistemini gücləndirməyə kömək edir, qan damarlarına və ürəyə müsbət təsir göstərir.
Dəfnənin ən mühüm üstünlüklərindən biri onun mədə-bağırsaq traktına faydalı təsiridir. Tərkibindəki üzvi birləşmələr mədə narahatlığını sakitləşdirir və qıcıqlanmış bağırsaq sindromu üçün faydalıdır.
Bundan əlavə, dəfnə yarpağında həzm prosesini gücləndirən, qida maddələrinin udulmasını yaxşılaşdıran fermentlər var.
Diabet xəstələrinə dəfnə yarpağı antioksidantları insulin reseptorlarının funksiyasını yaxşılaşdırır və hipoqlikemik tutmaları əhəmiyyətli dərəcədə azaldır.
Stressi azaldır. Dəfnə yarpağının tərkibində aromaterapiyada istirahət, narahatlıq və stressin müalicəsi üçün istifadə olunan linalool maddəsi var.
Dəfnə yarpaqları özündə ürək sağlamlığını yaxşılaşdıran iki vacib üzvi birləşmə olan kofein turşusu və rutin ehtiva edir.
Rutin kapilyarlarının divarlarını gücləndirir, kofein turşusu isə ürək-damar sistemində zərərli xolesterinin səviyyəsini azaltmağa kömək edir.
İltihabla mübarizə aparır. Dəfnənin tərkibində revmatizm, artrit səbəb olduğu iltihabı və qıcıqlanmanı yatıra bilən unikal fitonutrient partenolid var.
Dəfnə yarpağı A , C vitamini və sinklə zəngindir. Bu qidalı birləşmələr güclü və sağlam immun sistemindən məsul olan ən vacib üç maddədir. Leykositlərin səviyyəsini artırır, ən güclü antibakterial və antiviral təbii vasitə halına gətirir.
Aygün Musayeva