Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dəfələrlə qaynadılmış suyu içmək olarmı?

  • 2023.07.27 19:07
  • 1673 Baxış
Dəfələrlə qaynadılmış suyu içmək olarmı?
Suyu qaynatmaq üçün köhnə plastik çaydandan istifadə etməmək daha yaxşıdır. Çaydan matrealından asılı olaraq, potensial zəhərli mikrohissəciklərinin suya düşmə riskini artırır və onların suda konsentrasiyasını artırır.

Bundan əlavə, təkrar qaynama tez-tez suyun bir müddətdir çaydanda olduğunu bildirir və bu cür durğunluq patogen mikrofloranın çoxalmasına kömək edir.


“Medicina” xəbər verir ki, həkim – terapevt Aleksandra Belovanın sözlərinə görə, çaydanda iki dəfə qaynadılmış maye praktiki olaraq zərərsizdir, onun istifadəsi bədən üçün heç bir ciddi dəyişikliyə səbəb ola bilməz.

“Həmçinin avadanlığın keyfiyyəti və onun istismar şərtlərinə uyğunluğu böyük əhəmiyyət kəsb edir.

Suyu qaynatmaq üçün köhnə plastik çaydanlardan istifadə etmək zərərlidir. Hətta onlar hələ də işlək vəziyyərdə olsalar belə. Zaman keçdikcə, onların içindəki plastik getdikcə daha çox məhv olur və parçalanır, kiçik hissəciklər suya nüfuz edir.

Orqanizmdə plastikin bu cür iz elementləri orada toplana bilər və bu sağlamlıq üçün təhlükəli nəticələrlə doludur”.

Günay Quluzadə