Bakıda bir yaşlı körpənin ölümünün detalları məlum olub.
Bakupost.az xəbər verir ki, körpənin nənəsi Leyla Bağıyeva Baku TV-yə hadisə ilə bağlı danışıb.
“Mən evdə olmamışam, işdə olmuşam. Uşağın südünə zəhər qatıb, içirdib öldürmək istəyib. Sonra da görüb uşaq ölmür, boğub öldürüb. İndi də deyir peşman olmuşam.
Soruşuram ki, niyə belə etdin? Deyir ki, “cin-şeytan girdi beynimə”. Deyirəm ki, cin-şeytan girmişdisə, özünü dənizə atardın, adam dilsiz-ağızsız uşağı məhv edər? Özünü də, məni də məhv etdi. Balaca qızım zəng edib dedi ki, “mama, bacım uşağı öldürüb”. Qızım boşanmışdı. Həyat yoldaşı narkotik vasitə istifadəçisi idi”.
Körpənin nənəsi onu da qeyd edib ki, qızının psixoloji problemləri olub. Buna görə də azyaşlıya nənə özü baxırmış.
“Hadisə baş verən gün dedi ki, evdə qalıb uşağa baxacam. Sən demə, uşağı öldürmək istəyirmiş. Əvvəllər psixoloji problemləri olmayıb. Bu uşaqdan sonra yaranıb”, - L.Bağıyeva deyib.
Qeyd edək ki, qətli törədən Nərgiz Bağıyevanın həyat yoldaşı cəzaçəkmə müəssisəsində cəza çəkib.
Aygün Musayeva