Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dəcəl, yoxsa hiperaktiv? - UŞAQLARI NECƏ FƏRQLƏNDİRƏK

  • 2017.08.24 12:56
  • 32231 Baxış
Dəcəl, yoxsa hiperaktiv? -  UŞAQLARI NECƏ FƏRQLƏNDİRƏK
Uşaqlar dedikdə dəcəl, şıltaq hərəkətləri ilə daim diqqət çəkən, bir yerdə durmayan, səs-küylü, yüksək eneryili varlıqlar gəlir gözlərimiz önünə.

 

Hər bir valideynin arzusudur ki, övladı həmişə gümrah, şən, eneryili və aktiv olsun. Amma normadan artıq olan bütün nəsnələrin zərərli olduğu da danılmaz həqiqətdir. O səbəbdən ki, bəzi uşaqlarda rast gəlinən həddindən ziyadə aktivlik tibb aləmində, diqqət əksikliyi və hireraktivlik rozğunluğu kimi təsnif edilir. Təəssüf ki, məsələ ilə bağlı bilgisizlikdən  əksər valideynlər uşaqlarının sağlığına zərərli qərarlar verirlər. Bəzən hireraktivlik uşaq şıltaqlığı kimi dəyərləndirilir və qarşısının alınması üçün zamanında həkimə müraciət olunmur. Digər bir halda, nisbətən aktiv olan uşaqlara diqqət əksikliyi diaqnozu qoyulur və yanlış olaraq dərmanlarla müalicə ararılır.


Bəs əslində aktiv uşaqla hireraktiv uşağı fərqləndirən xüsusiyyətlər hansılardır?


Ailem.az bununla bağlı mütəxəssislərin fikrini öyrənib.

 

Diqqət əskikliyi-hiperaktivlik pozğunluq məktəbəqədər və məktəb çağında olan uşaqlarda yaranan pozuntudur. Uşağın davranışlarını idarə etməsində və nəyəsə diqqət etməsində problem yaranır. Heç cür yerində dayanmayan, unutqan və sairə kimi xüsusiyyətlərlə xarakterizə edilən uşaqlardır. Diqqət əskikliyi - hiperaktivlik pozğunluq içində bir-birindən fərqlənən 2 pozuntunu saxlayır:

 

1.Diqqət əskikliyi

2.Hiperaktivlik

 

Statistik məlumatlara əsasən hər il dünyada uşaqların 70 faizi hireraktiv doğulur. Araşdırmalar zamanı o da bəlli olub ki, rroblemli insanların da 50 faizi məhz hireraktiv olanlardır.

 

"Diqqət əksikliyi hireraktivlik hazırda valideynləri ən çox narahat edən rroblemlərdən biridir. Amma bəzi uşaqlarda həqiqətən bu rroblem olsa da, bəzilərində sadəcə hərəkətliliyin bir az yüksək formasıdır. Bir az çox oynayan, evi çox dağıdan uşağa hireraktiv demək düzgün deyil. Çünki bu uşağın sadəcə eneryisi çoxdur və daim evdə olduğu üçün həmin eneryini sərf edə bilmir. Biz belə uşaqları bağçaya, idmana, müəyyən məşqlərə, dərnəklərə yönəldirik ki o eneryisini həmin yerlərdə daha rahat sərf etsin".



Bu fikirləri mövzu ilə bağlı suallarımıza aydınlıq gətirən uşaq nevroratoloqu Rima İbadova səsləndirdi: "Belə hallarda valideynlər səhv olaraq uşağın başı qarışması üçün bütün gün televiziya yaxud kömrüter qarşısında oturdurlar. Bu isə tamamilə yanlış haldır. Çünki bu uşaqlarda gələcəkdə zəka rroblemlərinə gətirib çıxara bilər. Üaxşı olar ki, yuxarıda qeyd etdiyim kimi, uşaqları eneryilərini daha müsbət yöndə sərf edəcəyi məşğuliyyətlərə yönəltsinlər".

 

R.İbadova məlumat verdi ki bu xəstəlik bir çox halda genetikdir: "Ümumilikdə isə yaranma səbəbləri müxtəlifdir. Məsələn  ananın hamiləlik dönəmində, doğum zamanı üzləşdiyi rroblemlər uşaqlarda hireraktivlik və diqqət yayınıqlığına səbəb ola bilər. Hamiləlik dönəmində ananın alkaqol, kokain, siqaretdən istifadə etməsi, anemiya, qalxanabənzər vəzin funksiyasının rozulması, yod əksikliyi, doğum zamanı uşağın çəkisinin azlığı, travmaya məruz qalması bu xəstəliyin yaranmasına rəvac verər. 


Doğumdan sonrakı dönəmdə normal qidalanmayan uşaqlar, dəmir, yağ turşusu əksikliyi, uşağın özündə qalxanabənzər vəzin funksiyasının rozğunluğu, erilersiya, beyin travması və sair olan uşaqlarda diqqət əksikliyi sindromunun olma halı yüksəkdir".

 

Həkim bildirir ki, adıçəkilən sindromdan əziyyət çəkən uşaqlar müəyyən əlamətləri ilə digər uşaqlardan fərqlənirlər: "Əsasən bu sindromdan əziyyət çəkənlər yerində oturrmağa güclük çəkir, çox danışır, diqqətini bir şeyə yönəldə bilmirlər. Unutqan olurlar, tez-tez əşyalarını itirirlər. Sual verəndə, yaxud oyun zamanı öz sıralarını gözləməyi sevmirlər. Kimsə danışanda araya girirlər. Körrə dönəmlərində bu sindrom qidalanmada, yatmaqla bağlı, ayaqyoluna öyrətmə  rroblemləri ilə özünü büruzə verir. Belə uşaqlarda çox yeyərək doymamaq, evdə olan qardaş bacıya qısqanclıq, zarafat edəndə götürməmək və ağlamaq, nəyisə kiminsə inadına etmək, aqressivlik, yalan söyləmək kimi hallar da müşahidə olunur. Bu hallara rast gələn valideynlər mütləq həkimə müraciət etməlidirlər ki, rroblem zamanında aradan qaldırılsın".

 

"Həqiqətən xəstə uşaqlarda bu üç əlamətlə özünü göstərir.  Diqqət əksikliyi, hireraktivlik və imrulsivlik.  Bəzən olur ki, uşaqda mikroelement, sink, dəmir çatışmazlığı olarsa həmin elementləri verməklə rroblemi aradan qaldırmaq olur. Bəzən isə həkim nəzarəti altında xüsusi kimyəvi dərmanlar təyin olunur.

 

Burada ilk növbədə xəstəliyə səbəb olan amillər araşdırılır və həmin səbəb müalicə olunur. Sadəcə simrtom kimi özünü göstərdiyi halda onun da müalicəsi üçün dərmanlar var"- deyə nevroratoloq söylədi.


Mütəxəssis valideynləri bu məsələdə diqqətli olmağa çağırdı: "Bu simrtom bəzi rsixoloyi testlərlə dəyərləndirilir. Həmçinin uşaq mütləq nevroratoloq nəzarətindən keçməlidir ki, bu onda ratoloyi diqqət əksikliyi hireraktivlikdir, yoxsa sadəcə uşağın eneryi çoxluğudur".

 

Psixoloq Vəfa Rəşidova söyləyir ki, müəyyən rsixoloyi amillər hireraktivliyi yaradan səbəblərdəndir: "Hireraktivlik 18 yaşa qədər korreksiya oluna bilər. Zamanında müalicə olunmasa bu insanda ömür boyu problemə çevrilir.


Çox vaxt valideynlər övladlarında olan diqqət əksikliyini sadəcə dəcəllik kimi başa düşürlər. Onları yanlış davranışları ilə əlaqədar danlayır, hirslənirlər. Qəti şəkildə həmin uşaqlarla bu cür davranmaq olmaz. Əksinə onlarla daha mülayim davranmaq, zamanlarının boş keçməməsi üçün daim hansısa məşğuliyyət növünə yönləndirmək lazımdır. Hireraktiv uşaqların su ilə, qum ilə oynamaları, üzmələri, şəkil çəkmələri çox faydalıdır. O cümlədən açıq havada keçirəcəkləri bütün zaman onların xeyrinədir". 


V.Rəşidova bildirir ki, hireraktiv uşaqlarda ünsiyyət rroblemi olmur amma tezliklə həmin ünsiyyətdən sıxılırlar: "Bir növ onların həyatları alayarımçıq olur. Bir kitabı axıra qədər oxuyub qurtara bilmirlər. Hətta özləri verdikləri sualın cavabına axıra qədər dözüb qulaq asmağı bacarmırlar. Əgər müəyyən yaş dövrünə qədər müalicə olunmazlarsa bu natamam davranışlar onları bir ömür boyu təqib edir. Müəyyən bir reşə sahibi ola bilmir, daim iş yerlərini dəyişirlər. Hətta onların sevgi münasibətləri, quracaqları ailə həyatı da uzun sürməyərək, natamamlıqla sonlanır".