Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dazlaşma və saç tökülməsinə qarşı sadə qida - Həkim məsləhəti

  • 2021.10.27 16:30
  • 1748 Baxış
Dazlaşma və saç tökülməsinə qarşı sadə qida -  Həkim məsləhəti
Payız-qış aylarında saçların zəifləyib tökülməsi, ciddi dazlaşma, keçəlləşmə prosesləri aktivləşdiyi üçün bu fəsillərdə saç hüceyrələrini aktivləşdirmək lazımdır.

Medicina.az xəbər verir ki, rusiyalı terapevt Afina Bestavaşvili dazlaşmaya qarşı sadə bir vasitəni tövsiyə edib.

“Missisipi universitetinin alimləri silsilə elmi araşdırmaların içində ocaqlı dazlaşma, saç tökülməsinə qarşı ən effektiv bitki tərkibini tapıblar. Məlum olub ki, balqabaq kimilər fəsiləsindən bitki tərəvəz baş dərisinin qan dövranını yaxşılaşdırır. Balqabaqda lif, A, C, E vitaminləri, marqans, maqniy, kaliy vardır.

Eləcə də Tayvan Milli Universiteti də sübut edib ki, gündə 50 qram baıqabaq tumu saç, dırnaq möhkəmlənməsinə təsir edir, böyrəklərdə daş yaranmasına qarşıdır, ürək-damar sistemi üçün faydalıdır”.