Xəbər verdiyimiz kimi, iyunun 18-də saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq.
Medicina.az xəbər verir ki, daxili uçuşlarda bilet alan şəxslərə TƏBİB-in hansı laboratoriyasında test verməsi barədə məlumat göndəriləcək.
Bu barədə məlumatı AZAL-ın vitse-prezidenti Eldar Hacıyev verib.
O qeyd edib ki, test verilməsi pulsuz olacaq, dövlətin hesabına həyata keçiriləcək: “Biletlərin alışı uçuşa 72 saat qalmış bağlanacaq. Çünki bilet alan sərnişinin test verib cavab alması da reallaşdırılmalıdır. Testin cavabı elektron biletdə qeyd olunacaq”.