Dünyada trendə çevrilmiş, “daxili duş” adlanan detoks resepti daxili orqanları yeniləyən ən güclü vasitə hesab olunur.
Medicina.az xəbər verir ki, üstəlik bu reseptə əsasən hazırlanan qarışım Omeqa-3 ilə zəngin olduğu üçün sağlamlığı ümumi olaraq yaxşılaşdırır.
Çia toxumundan hazırlanan qarışım düzgün istehlak edildikdə əhəmiyyətli dərəcədə bərpaedici təsirə malik olur. Çia toxumlarının lif tərkibi həzm sistemini tənzimləyir, qəbizlikdən qurtulmağa kömək edir və həzm problemlərinin qarşısını alır.
Tərkibi:
- 2 xörək qaşığı çia toxumu
- yarım limonun şirəsi
-1 stəkan su
Bir stəkan içməli suya 2 xörək qaşığı çia toxumu əlavə edin. Daha sonra buraya limon şirəsini də qatıb yaxşıca qarışdırın. Çia toxumları şişənə qədər gözləyin. 15-20 dəqiqə gözlədikdən sonra ondan istifadə edə bilərsiniz. Bu qarışımı səhər yeməyindən əvvəl qəbul etmək tövsiyə edilir.
Qarışımın tərkibini ehtiyaclarınıza uyğun olaraq dəyişə, məhsulların nisbətini azalda və ya artıra bilərsiniz.
Qeyd edək ki, çia toxumları çox kiçik olsa da, zəngin qida maddələrinə malikdir. Çia toxumlarında olan minerallar, lif, antioksidantlar və Omeqa-3 yağ turşuları ürək sağlamlığını yaxşılaşdıra, sümükləri gücləndirə və qan şəkərini nizamlaya bilər.
Bu toxumlar həm də antioksidant qaynaqlarıdır. Bu antioksidanlar, sərbəst radikallar kimi tanınan reaktiv molekulları zərərsizləşdirir. Sərbəst radikallar bədəndə yığıldıqda hüceyrə strukturlarına zərər verə, nəticədə xərçəngə və yaşlanmaya səbəb ola bilər. Buna görə də, müntəzəm olaraq çia toxumlarını istehlak etmək, bədəninizə zərər vermə riski yüksək olan sərbəst radikallara qarşı ala biləcəyiniz ən yaxşı tədbirlərdən biridir.
Çia toxumlarının tərkibindəki lif və zülal arıqlamağa çalışan insanlar üçün də əvəzolunmazdır. 28 qram çia toxumu təxminən 10 qram pəhriz lifi ehtiva edir.
Çia toxumları ürək xəstəliyi riskini azaldır, çünki xolesterinin səviyyəsini aşağı salır. Həmçinin yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün də çia toxumu doğru seçimdir.
Aysel