Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daxili orqanları təmizləyən resept - Türk dietoloqdan

  • 2023.08.09 17:38
  • 5889 Baxış
Daxili orqanları təmizləyən resept  - Türk dietoloqdan
Türk diyetoloq Şükrü Can Gülşen qatıq haqqda maraqlı açıqlamalar edib.


“Medicina” xəbər verir ki, onun sözlərinə görə, südün bakteriyalaşmış halı olan qatıq faydalı metabolik məhsullardan ibarətdir.

Qatıq istehsalında fermentasiya nəticəsində əmələ gələn faydalı bakteriyalar bağırsaq mikroflorasını bərpa edir, bağırsaqları sürətləndirir və yoğun bağırsaqda əmələ gələn zəhərli maddələri udması nəticəsində onların xaric olmasına imkan verir.

bu vasitə immunitet sistemini gücləndirir, tərkibindəki probiyotiklərlə bədənə kömək edib, 2-ci beyin olan bağırsaqları təmizləyir. Bunun sayəsində əsas vitaminlər və minerallar daha yaxşı tənzimlənir və lazımı toxumalara çatır.


“Hər yaşda qəbul edilməsi lazım olan qatıq uşaqlarda böyüməyə və diş sağlamlığına ciddi təsir göstərir. Qatığın dəri üçün də faydaları mövcüddur. Tərkibindəki faydalı bakteriyalara görə toksinləri bədəndən çıxarmağa yardım edən bu vasitə sayəsində dəri hüceyrələri yenilənir və dəri gözəlləşir”.


Mütəxəssisin sözlərinə görə, qatıq həm də qan şəkərini azaldaraq, diabetin qarşısını alır, ürəyi qoruyur, onu qidalandırır və xərçəngi dekommunizasiya edir.

Belə ki, qatığın qəbulu ilə xərçəng hüceyrələrinin əmələ gəlməsi arasındakı əlaqə tam aydınlaşdırılmasa da, araşdırmalar göstərir ki, müntəzəm qatıq istehlakı ilə döş və uşaqlıq xərçəngi riski azala bilər.
Həmçinin diyetoloq isti yay aylarında orqanizmi gücləndirən, qaraciyər başda olmaqla daxili orqanları təmizləyən qarışım resepti də verib.


Bu qarışıma əsasən 1 qab qatığın içinə 1 çay qaşığı sumaq, 1 ç.q zərdəçal, 1 ç.q nanə, 1 ç.q susam toxumu, 1 ç.q kətan toxumu, 1 ç.q çörəkotu, 6 ədəd badam, 1 ədəd doğranmış xiyar və 1 ç.q zeytun yağı əlavə edilir. Həftədə bir neçə dəfə istifadə edə biləcəyiniz bu qarışım daxili orqanları təmizləyir, əzələ və sümük sağlamlığına müsbət təsir göstərir və immuniteti gücləndirir.

Xanım