Xərçəngin xəbərdarlıq əlamətləri çox vaxt ciddi görünməyən simptomlardır.
“Medicina” xəbər verir ki, onkoloq İvan Karasevin sözlərinə görə, xüsusilə daimi halsızlıq və uzun müddət davam edən hərarət xərçəngin inkişafından xəbər verə bilər.
“Doğrudur, bu əlamətlər digər xəstəliklərin əlamətləri də ola bilər. Lakin ehtiyyatı əldən verməyib, yoxlanmağa dəyər.
Qeyri-adekvat olaraq, uzun müddət davam edən davamlı gücsüzlük, zəiflik, 37 və yuxarı temperatur, boğaz ağrısı, yaxşı sağalmayan yaralar, cızıqlar, nəcisdə və sidikdə qan, daimi baş ağrıları. Bu simptomların hər biri digər xəstəliklərin əlaməti ola bilər.
Şişin səbəb olduğu simptomlar adətən orqanın tam fəaliyyətinə mane olmağa başlayan formalaşmanın kifayət qədər böyük ölçüsünü göstərir.
Buna görə də mütəmadi olaraq, profilaktik müayinələrdən və skrininqlərdən, tibbi müayinələrdən keçmək tövsiyə olunur. Bu şişi erkən aşkar etməyə və vaxtında müalicəyə başlamağa imkan verir”.
Aynurə Məmmədova