Saç boyaları ziyanlıdırmı sualı demək olar ki, bütün qadınları maraqlandırır.Aparılan bir araşdırmaya görə davamlı saç boyayan və kimyəvi saç düzləşdirici istifadə edən qadınlar təhlükədədir.
Medicina.az xəbər verir ki, araşdırmada hər 5-8 həftədən bir kimyəvi saç düzləşdirici istifadə edən qadınlarda döş xərçənginə tutulma riski 30% daha çoxdur.
Lakin uzmanlar, yarım qalıcı yaxud da qalıcı olmayan saç boyaları ilə döş xərçəngi arasında əlaqə tapa bilməyiblər.