Dar, birotaq evdə yaşamaq, darısqal şərait insan sağlamlığına zərərlidir. Bu barədə çox elmi araşdırma var.
“Medicina” xəbər verir ki, Çin alimləri siçanlar üzərində apardıqları araşdırmada darısqallığın daha ciddi fəsadını tapıb.
Onlar laboratoriya siçanlarını 2 qrupa bölüb və onlara xərçəng kök hüceyrələri köçürüblər.
Qrupun birini geniş yerdə, digərini dar qaranlıq kameralarda saxlayıblar.
Nəticələr göstərib ki, dar yerdə qalan siçanlarda bədxassəli kök hüceyrələr daha sürətlə inkişaf edib.
Daha geniş, yaxşı şəraitdə olan siçanlarda isə bu proses çox ləng gedib.
Alimlər hesab edir ki, darısqallıq psixoloji stress yaratdığı üçün, insanın şəxsi sərhədlərini və sakitliyini pozduğu üçün ailədaxili konflikti artırır.
Bu isə orqanizmdə bir çox xəstəlikləri və eləcə də xərçəngi aktivləşdirir.
Hətta insanın evi 1-2 otaq olsa belə, onun kənara çəkilə biləcəyi öz yeri olmalıdır.
Aygün Musayeva