Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Darçınlı banan çox dərdin dərmanıdır - Resept

  • 2019.02.23 11:32
  • 8546 Baxış
Darçınlı banan çox dərdin dərmanıdır  -  Resept

Yuxu gün ərzində orqanizmdə yaranan yorğunluq, stress kimi mənfi hallarını aradan qaldırlması üçün çox vacibdir.  Buna görə də, gün ərzində 8 saat yatmaq vacibdir.

 

Əgər siz yuxu problemi yaşayırsınızsa  o zaman medicina.az sizə etibarlı resept təqdim edir. 


Ərzaqlar: 


1 ədəd banan 


1 litr su 


1 çimdik darçın 


Hazırlanması:

 

ən əvvəl bananın qabığını soyaraq 15 dəqiqə qaynar suda qaynadın. Daha sonra üzərinə 1 çimdik darçın əlavə edin. Süzülərək suyundan istifadə edilir. 


Yaxşı olardı ki, darçınlı banan çayını yatmaqdan bir saat əvvəl qəbul edəsiniz. Yuxuya faydalı olmasından əlavə banan aşağıdakı narahatlıqlar zamanı da xeyirlidir. 


1. Depressiya 

 

Bananın tərkibində daha sonradan serotoninə çevrilən triptofan maddəsi var. Bu maddə bədəni rahatlaşdıraraq əlvalı artırır. 


2. Qəbizlik


Banan liflə zəngindir, buna görə də banandan mütəmadi istifadə zamanı bağırsaqlar normal işləyir. 


3. Qan təzyiqi 


Bananın tərkibində yüksək miqdarda kalium və az miqdarda duz var. Nəticədə də bu meyvənin istifadəsi zamanı qan dövranı normada qalır və infarkt riski azalır. 


4. Mədə xorası 


Mədə şirəsini normaya saldığı üçün bir sıra mədə xəstəlikləri zamanı faydalıdır. 


Arzu

Medicina.az