Darçın insan orqanizminə çox faydalı təsiri olan ədviyyatlardan biridir. Sarıkök və zəfərandan sonra effektinə görə 3-cü yerdə durur. Təbii ki, əgər siz organik, əsl darçın tapsanız, o zaman təkcə onun ətrini qoxulamaqla belə, bir çox xəstəliklərdə fayda ala biləcəksiz.
Medicina.az darçının bilmədiyiniz təsirini təqdim edir.
-Darçın qatığa, yoqurta qatılıb yeyildikdə, diabet xəstələrində qanda şəkəri azaldır
-Bala qatılıb yedikdə, ürək-damar xəstəliklərində faydalıdır, artıq xolesterini çıxarır
-Suya qatılıb içildikdə, çayı sidik qovucudur, ödü və böyrəkləri təmizləyir
-Qrip, zökəm, soyuqdəymədə virus əleyhinə, antibakterial təsir edir
-Artıq çəkidə arıqladır, piyləri parçalayır.
Ətrini qoxulamaq:
-Qədim Çİndə inanırdılar ki, pul darçını sevir. Ona görə evdə darçın ətri gəldikdə, darçın qoxuladıqda, insanın gəliri artır.
-Eləcə də davamlı olaraq darçın qoxuladıqda insan cavanlaşır, uzun ömür sürür
-Özünə güvənsiz, depressiyada olan insanlar darçın qoxulu yağ, ətir istifadə etsinlər, darçın iyləsinlər.