Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Dar və sıx şort gənc qızın ölümünə səbəb olacaqdı - Dəhşətli xəstəlik

  • 2021.10.08 14:58
  • 2255 Baxış
Dar və sıx şort gənc qızın ölümünə səbəb olacaqdı   -    Dəhşətli xəstəlik


Şimali Karolina ştatında 25 yaşlı Sem adlı qız geyindiyi çox dar şort səbəbindən öləcəyini etiraf edib.

Medicina.az xəbər verir ki, qız görüşə çox dar və qısa alt paltarı kimi dəbli şortda gedib və 8 saat bu geyimdə olub. Bu zaman o geyimin orta tikişinin onu kəsdiyini, narahat etdiyini hiss etsə də, ağrıya dözüb.

Səhəri Sem düz bağırsaq nahiyəsində ağrılı, şişkin qabarma, suluqlanma hiss edir, ağrı kəskin və nəbzvari idi.
Qız həmin hissəyə dərman qoyaraq, bir neçə gün sonra həkimə gedir.

Həkimlər qızda dəri infeksiyası aşkarlayıb, antibiotik təyin edir.

Lakin səhəri qızın vəziyyəti daha da pisləşib, nəfəs ala bilməyib, bütün bədəni ağrıyıb, gəzə bilməyib.

Qızı ağır vəziyyətdə xəstəxanaya aparıb, onda sepsis olduğunu aşkarlayırlar. Qana çoxlu miqdarda bakterial toksinlər keşmişdi.

Xəstəni reanimasiyaya yerləşdirib, əməliyyat edərək, həmin infeksiya nahiyəsini təmizləyiblər.
Bu hadisədən sonra qız 3 aya tam sağala bilir.

Sem bildirib ki, şortun sürtündüyü yerdə fleqmona əmələ gəlmişdi. Qız gəncləri dəbli, narahat və dar geyimlərdən ehtiyat etməyə çağırıb.

Anorektal abses iç camaşır və ya üst geyimin, şalvarın, kolqotkanın anus nahiyəsini sürtüb dərini qıcıqlandırmasından yarana bilir.

Bu problemlə hər il minlərlə insan üzləşir.
İnsanın həm alt, həm üst geyimi rahat olmalıdır.