Müasir, dar, modern tumanlar kişi reproduktiv sağlamlığı üçün zərərlidir.
Medicina.az xəbər verir ki, Britaniya alimləri gənc kişilərin impotensiya, sonsuzluq, sperma azlığı və keyfiyyətsizliyinin səbəbləri sırasında olan siqaret, içki ilə bir siyahıya alt paltarlarını da daxil edib.
940 nəfər aşağı keyfiyyətli sperma diaqnozlu kişi və 1310 nəfər sağlam kişi arasında aparılan tədqiqatda zəif sperması olan kişilərin 44%-nin dar, kip plavki fasonunda alt paltarı geyindirini aşkarlayıb.
Gen, boksçu şortu üslubunda, rahat və pambıq parçadan olan "ailə kişisi” üslubunda tuman geyinənlərin sperma sayı və keyfiyyəti daha yaxşı olub.
Ona görə qısa, dar, sintetik materialdan, sıx, qısa alt paltarından uzaq durun.