Kaliforniya universitetinin alimləri iflic olmuş kişi xəstənin danışmasını təmin ediblər.
"Medicina" xəbər verir ki, yaza və danışa bilməyən kişi neyroprotezin köməyi ilə 1000 məşhur sözü "deyə" bilib.
BRAVO1 şərti adlı kişi neyroprotez üzrə ilk sınaq iştirakçısıdır.
O, 20 yaşında ikən insult keçirib.
Nəticədə o danışmağı itirib, amma koqnitiv qabiliyyəti zərər görməyib.
Alimlər bildirir ki, pasiyentin sevimli ifadəsi "Hər şey mümkündür" olub.
Eləcə də xəstə ona verilən yeməyin dadsız olduğunu çatdıra bilib.
Beyin dalğalarını ötürən cihaz 2019-cu ildə beynin nitq kökü səthinə implant olunub.
Onun köməyilə müxtəlif elektrik siqnalları alınıb, hansı ki, həmin vaxt xəstə beynində hansısa sözü deməyə cəhd göstərib.
Hazırda proqram dəqiqədə 29 simvolu ayırd edə bilir.
Söz lüğət bazası 1150 sözdən ibarətdir. Yaxın gələcəkdə 9 min sözə qədər genişlənəcək.
Bu qədər kəlmə bir insanın bir ildə işlətdiyi əsas vacib sözlərin sayıdır.
Aygün Musayeva