Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Damarlarınızın tıxandığını hansı analizlə bilmək olar?

  • 2021.11.01 17:15
  • 2671 Baxış
Damarlarınızın tıxandığını hansı analizlə bilmək olar?
Ateroskleroz iri damarların, xüsusən ürək və beyin damarlarının xolesterin və yağ ilə tutulması, daralmasıdır.
Bu zaman orqanlara qan axını pozulur, nəticədə bir gün infarkt, insult baş verir.

Bəs damarların tutulmasını necə müəyyən etmək olar:

Əsasən ayaq arteriya və venalarının vəziyyətini dopler göstərir

Eləcə də USM ilə boyunda şah damarlar və qarın boşluğundakı aorta yoxlanılır
Ürək damarlarını isə angioqrafiya ilə yoxlayırlar

Amma bir neçə qan analizi var ki, onlarla da damarların vəziyyətini təyin etmək olur
Bunun üçün qanda xolesterin, triqliseridlər və lipid spektri analizləri verilməlidir

Bu analizlərdə normadan yüksək göstəricilər damarların tutulduğunu, aterosklerozu hətta başlanğıc mərhələdə göstərir.
Həkimlər 35 yaşdan sonra hər kəsin, xüsusən kişilərin ildə 1 dəfə bu analizləri müntəzəm verməsini tövsiyə edir.

Əgər normadan kənara çıxmalar varsa, vaxtında müalicə ilə bir çox xəstəliklərin qarşısını almaq olar.