Ev şəraitində damarların təmizlənməsi mümkündür.
Medicina.az b
u dəfə sizə damarları təmizləyən qədim alman reseptini təqdim edir.
Reseptin tərkibinə daxil olan bütün inqrediyentləri orqanzimin ümumi sağlamlığı üçün çox faydalıdır.
Tələb olunanlar:
1 ədəd kiçik zəncəfil kökü
4 ədəd qabıqlı limon
4 ədəd böyük diş sarımsaq
2 litr su
Hazırlanması:
Limon və zəncəfili yuyaraq doğrayın və blenderdən keçirin. Daha sonra sarımsağı və digər komponentləri blenderə əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra alınan məhlulu dəmir qaba boşaldın. Vam odda qarışdıraraq qaynamadan altını keçirin və soyudun. Süzərək şüşə butulkalara tökün və soyuducuda saxlayın.
İstifadə qaydası:
Hər istifadədən əvvəl butulkanı yaxşıca çalxalayın. Qarışımı yeməkdən 2 saat əvvəl ac qarına qəbul edin.
Hazırlanan məhlulu 3 həftə ərzində istifadə edin. Daha sonra 1 həftə fasilə verin. Ehtiyac olduqda yenidən 3 həftə qəbul edə bilərsiniz.
Qeyd: Sarımsağın qoxusuna görə narahat olmayın – o hazırlanma prosesində neytrallaşır.
Arzu
Medicina.az