Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Damarların partlamasının qarşısını alan içki

  • 2023.03.14 14:40
  • 1232 Baxış
Damarların partlamasının qarşısını alan  içki
Yaşıl çay ürək xəstəliyi riskini azaltmağa kömək edən isti içkidir.

Xüsusilə, damar yırtığı kimi tanınan riski azaltmağa kömək edə bilər.

“Medicina” xəbər verir ki, abdominal aorta anevrizması kimi də tanınan "arteriya partlaması", arteriya həddindən artıq genişləndikdə və şişdikdə baş verir.


Həkim – kardioloq Oleq Varfolomeyev açıqlamasında bildirdi ki, bu anevrizma müalicə olunmazsa, əstələrin yuzdə əllisi ölümə məhkumdur. Abdominal aorta anevrizmaları tez-tez nəzərə çarpmır. Çünki onlar partlayana qədər heç bir simptom yoxdur. Xəstənin bəxti gətirsə və şişlik yırtılmadan əvvəl aşkar edilərsə, süni qan damarının köçürülməsi və ya stent qoyulması kimi cərrahi yolla müalicə edilir.

Tədqiqatçılar yaşıl çay içən siçovulların ürək-damar xəstəliklərinə tutulma riskinin daha az olduğunu müəyyən ediblər. Onlar həmçinin yaşıl çay qəbul edən siçovulların daha az iltihab olduğunu və arteriyanı qırılmadan qoruyan daha çox elastin istehsal etdiyini müşahidə ediblər.

Yaşıl çayda olan bir növ polifenolun damarlara elastik görünüş verdiyi bildirilir.

Tədqiqatlar göstərir ki, yaşıl çay kişi beyninə təsir göstərir və onların ağıllanmasına yardım edir.

Günay Quliyeva