Tomat şirəsi ürək-damar sağlamlığını yaxşılaşdırmağa kömək edir.
"Medicina" xəbər verir ki, pomidorda olan likopen həm qadın, həm kişilər üçün antixərçəng və damar sistemini sağlamlaşdıran maddə kimi təsdiqini tapıb.
Likopen pomidora bütünlüklə qırmızı rəng verən maddədir.
Özü də ən faydalı pomidor çox yetişmiş, yumşalmış, tünd qırmızı pomidorlardır.
Pomidoru gün altında qurudub pomidor qurusu düzəltdikdə xüsusilə faydalıdır.
Pomidorları şirəçəkəndən keçirib, təzə şirəsini içmək damarları açır, ödü qovur, bədəndə sərbəst radikalları çıxarır, hüceyrələri yeniləyir.
Amma uşaqlara, mədə reflüksü olanlara olmaz.
Pomidoru duzsuz və əlavəsiz yeyin.
Aygün Musayeva