Son 5 ildə iri damarları, arteriyaları tutulan, ateroskleroz xəstəliyindən əziyyət çəkən insanların, xüsusən gənc kişilərin sayında ciddi artım var. Bu gün ayağında, ürək damarlarında stend olmayan adam azdır.
Yer üzündə hər 3 insandan biri aterokslerozdan ölür. İndi 18-25 yaşlı gənclərdə başlayan xəstəlik damarların tutulması ilə başlayır.
Medicina.az aterosklerozun səbəbi və bu xəstəlik zamanı qidalanma şərtləri barədə məlumatı təqdim edir.
Adətən ateroskleroz 40-65 yaş kişilərdə çox rast gəlinir. Amma son zamanlar qadınlarda da aşkarlanır.
Xəstəliyin səbəbləri: zərərli qidalanma, maddələr mübadiləsi pozğunluğu, oturaq iş, artıq çəki, qanda xolesterin yüksəlməsi, siqaret, içki, yüksək təzyiq, stress, genetika və s.
Necə qidalanmalı?
Çox yağlı, kalorili, heyvan mənşəli yağlardan az yeməli, çəkinin artmasına yol verməməli, gündəlik qidalanmada zülal, yağ və karbohidrat nisbəti belə olmalıdır: 1:1:3
Pəhriz 1
Bu pəhrizə bütün əhali təbəqələri əməl etməlidir ki, damarları tutulmasın.
Kəskin azaldılmalıdır: yumurta sarısı, qaraciyər, sala, kərə yağı, əridilmiş pendir, yağlı xama, yağlı ət, piy, yağlı süd.
Yeməklər yalnız bitki yağı – qarğıdalı və ya zeytun yağı ilə bişirilməlidir.
Ətdən – dərisiz toyuq, hind quşu, cavan dana əti, yağsız maı əti
Bütün növ balıqlar, dəniz məhsulları
Gündəlik qidanızda çox miqdar bitki tərkibli ərzaqlar olmalıdır: paxlalılar, meyvə, tərəvəzlər
Pəhriz 2
Daha kəskindir. Ateroskleroz olan, müalicə olunan xəstələrin qidasından tamamilə çıxarılmalıdır: yumurtanın sarısı, mal qaraciyəri, kərə yağı, iç-ciyər, süd və yağlı süd məhsulları.
Xəstəyə balıq, dietik pendir, kəsmik, paxlalılar, toxumlar, taxıl məhsulları, meyvə, tərəvəz verilməlidir.
Ateroskleroz xəstələri üçün ən yaxşı pəhriz Aralıq dənizi pəhrizidir.
Hazırda həkimlər damarlar üçün bir neçə yeni libid mübadiləsi tənzimləyici dərmanlar təyin edir, amma istənilən dərmanın əks təsiri var. Ona görə istər dərman, istər dərmansız bu xəstələr mütləq qidalanmasını dəyişməli və pəhrizə əməl etməlidirlər.