Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Damarları təmizləyib açan – Alman resepti

  • 2018.03.03 17:57
  • 21004 Baxış
Damarları təmizləyib açan –  Alman resepti
Bu qədim alman xalq resepti iri və orta damarları təmizləyir, xolesterini azaldır, immuniteti qaldırır. Orqanizmi tonusda saxlayır. 

Bu eliksiri 1 ay içmək kifayətdir ki, təzyiq normaya düşsün, periodik baş ağrıları getsin, qaraciyərin işi normallaşsın. 


Lazımdır: 

Su – 2 litr

Limon -4 ədəd

Sürtgəcdən keçirilmiş təzə zəncəfil – 2 xörək qaşığı

Sarımsaq – 4 diş


Hazırlanması: 

Limon yuyulub, qabıqlı halda xırda doğranılır. Sarımsaq təmizlənir. Blenderdə sarımsaq, limon və zəncəfil qarışdırılır. Hazır qarışım qazana tökülür və üzərinə su alınıb qaynadılır. Soyudulub, süzülür, butulkada saxlanılır. Bu içkidən 1 stəkan  yeməkdən 1 saat əvvəl boş mədəyə içilməlidir.

 

Dad üçün bal qatıla bilər. 

3 həftə içilib, fasilə verilir. 1 ay sonra yenidən təkrar oluna bilər.