Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Damarları təmizləmək mümkün deyil, bu təhlükəlidir - Terapevt

  • 2022.10.19 16:00
  • 3176 Baxış
Damarları təmizləmək mümkün deyil, bu təhlükəlidir  - Terapevt


Bir çox insanlar müxtəlif vasitə və reseptlərlə qan damarlarını xolesterin və trombdan təmizləməyə cəhdlər edir.


"Medicina" xəbər verir ki, damarları tablet, sistem, xalq təbabəti ilə özbaşına açmaq və təmizləməyin zərəri barədə terapevt İrina Yeskova danışıb.

"Arteriyaların təmizlənməsi ilə hobbi kimi məşğul olmayın. Yaşlı adamların damarına müdaxilə ölümcül ola bilər.
Qanda xolesterin çoxalması arteriyaları daraldır, tıxanma yaradır, qan dövranı pozulur.

Ürək-damar xəstələri çıxış yolunu damarların içini bu tıxaclardan təmizləməkdə görür. Bəs ümumiyyətlə belə bir təmizlənmə varmı?

Tibb damarların açılmasının yalnız əməliyyat yolunu - şuntlama və stentləmə bilir və qəbul edir.
Qalan dərmanlar, içkilər, aparat, hansısa sistem sağlamlığı təhlükəyə qoymaqdan başqa bir şey deyil.

Artıq tıxanmış damarı bunlar aça bilməz. Xolesterin yumaqları, tıxacları o qədər bərk olur ki, onları əritmək mümkün deyil. Əgər qoparılarsa, damar dovarı zədələnə bilər.


Damarımı təmizləyirəm adı ilə ürəyinizi trombla tıxamayın".

Aygün Musayeva