Damarları sərtləşdirən qidalar qan dövranı pozğunluqları və infarkt kimi ürək-damar xəstəlikləri yarada bilər.
Нüksək qan təzyiqi, diabet, piylənmə, həddindən artıq nikotin və spirtdən başqa, qeyri-sağlam qidalanma da əsas səbəblərdir. Bu qidalar qan damarlarını bağlıyır və ateroskleroz riskini artırır.
“Medicina” xəbər verir ki, kardioloq Oleq Varfolomeyin sözlərinə görə, aterosklerozun inkişafına qidalanma ilə qeyri-sağlam həyat tərzi kömək edir. Çünki bəzi qidalar damar dəyişikliklərinə səbəb olur.
“İnsan bədəninin orqanlarını və hüceyrələrini kifayət qədər qida ilə təmin etmək üçün hər gün bir neçə min litr qan damarlar vasitəsilə vurulur.
Çöküntülər nəticəsində qan damarlarının daralması və ya hətta tıxanması bu dövrana maneə törədir və ciddi sağlamlıq problemlərinə səbəb olur.
Qan damarlarını bağlayan qidaların siyahısında işlənmiş ət birinci yerdədir.
Keyfiyyətli üzvi ət kifayət qədər zərərsiz olsa belə, çox az yeyilməlidir. Ən yaxşısı ət qəbulunu azaltmaq və quş ətinə üstünlük vermək lazımdır.
Süd məhsulları zülal və kalsium, yod, fol turşusu kimi digər qida maddələri və A, D, E, B1, B2, B6 və B12 vitaminləri ilə zəngindir.
Ona görə də kərə yağı, qaymaqlı pendir, qatılaşdırılmış süd və qaymaq kimi süd məhsulları nadir hallarda yeyilməli və ya menyudan tamamilə çıxarılmalıdır.
Çünki yüksək xolesterol yaradan çox yağlı pendir, kərə yağı və süd ürək xəstəliklərinin riskini artırır”.
Günay Quliyeva