Arıqlamaq xolesterini həbsiz azaltmağa kömək edir.
Medicina.az xəbər verir ki, bu barədə həkim və teleaparıcı Yelena Malışeva “Komsomolskaya Pravda” radiosuna danışıb.
Mütəxəssisin fikrincə, 5% arıqladıqdan sonra qanda xolesterinin səviyyəsi 8 % -ə enir.
“İkincisi, yağ yandırmağa və pis xolesterini azaltmağa kömək edən idmandır. Lakin siz müntəzəm olaraq məşq etməlisiniz: həftədə beş gün 30 dəqiqə. Qanda şəkərin səviyyəsini də aşağı salmalısınız. Şəkərin səviyyəsi ən azı 5% azalırsa, qanda xolesterin 6% azalır. Yüksək şəkər və xolesterin isə qan damarları üçün əsl dəhşətdir”, - həkim açıqlamasında bildirib.
Bundan əlavə, Malışeva düzgün qidalanmağı tövsiyə edib. Belə ki, gündə 125 qram qızılbalıq yemək qanda xolesterinin səviyyəsini 7% azaldır. /publika.az/