Damarda olan tromb illərlə orda qala bilər, amma bir gün müəyyən təsirdən qopub damarla yerini dəyişir və vacib damarları tuta bilir. Bu isə insan üçün ölümcül ola bilər.
“Medicina” xəbər verir ki, kardioloq Sergey Drobyazqo trombun qəfildən qopmasının səbəbini açıqlayıb.
“Buna səbəb olan faktorlar çoxdur. Məsələn, çox ağır, kəskin virus infeksiyası olan bədəndə qan qatılaşa, ürək yüklən bilər, bu səbəbdən mövcud tromb qopa bilər.
Uzun müddət təyyarədə uçuş, narahat vəziyyətdə saatlarla əyləşmək, çox ayaq üstə qalmaq, eyni vaxtda bir neçə xəstəliklə mübarizə aparmaq tromba təsir edir.
Tromboz və tromboemboliyaya meyillilik nəsildən olur. Əgər ailədə bircə dəfə belə patologiya olubsa, mütləq qan analizi verilməlidir.
Trombun qopması ürək, beyin, ağciyəri təhlükədə qoyur.
Ona görə mövcud trombozu, hətta tromboza meyilliyi vaxtında aşkar və müalicə etmək lazımdır”.
Aygün