K vitamini damar və sümüklərin vəziyyətinə təsir edir.
"medicina" xəbər verir ki, endokrinoloq Olqa Pavlova K vitamin qrupu barədə məlumat verilib.
"Bu vitamin yağda həll olan qrupdur, o qanın qatılaşması üçün lazım olan zülalı sintez edir, eləcə də maddələr mübadiləsinə təsir edir. Onun K1, K2 və K3 növü var.
Məhz bu vitamindən əzələ, sümüklərin keyfiyyəti asılıdır.
Eləcə də bu vitamin əskik olanda D vitamini mənimsənilmir. Ona görə D vitaminini çox vaxt K ilə birgə təyin edirlər.
Onun qida mənbələri: yumurta sarısı, ət, süd, pendir, süd məhsullarıdır.
K2 güclü antioksidantdır, o onkologiyadan da qoruyur.
O olmasa kalsium sümüklərdə minerallaşmır.
Osteoporozun müalicəsində bu vitamin vacibdir.
K2 vitamini damarların tutulmasının qarşısını aldığı üçün infarkt və insulta qarşıdır.
Beynin stabil işləməsi üçün də o lazımdır.
Bir sözlə, hər kəsə K2 norması vacibdir.
Aygün Musayeva