Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Damar və sinirləri öldürən qida – Hər gün süfrənizdədir

  • 2024.03.13 20:26
  • 1837 Baxış
Damar və sinirləri öldürən qida  – Hər gün süfrənizdədir

Orqanizmdə damarlar, sinir uclarının ölümünə, diabet və onkoloji xəstəliklərə səbəblərdən biri də şəkər qəbuludur.


“Medicina” xəbər verir ki, kardioloq Bokeriya rafinə edilmiş, yəni ağ şəkər və qəndin zərərlərindən danışıb.


“Təbiətdə şəkər meyvə, tərəvəz və giləmeyvələrdə var. Sonradan emal olunma şəkər artıq hər yerdə var. Yediyimiz şirniyyatda, konfetdə, un məmulatlarında, tortlarda, içkilərdə, mürəbbələrdə, hələ bununla kifayətlənməyib, çayımıza da əlavə edirik.


Bu şəkərdən zamanla uzaqlaşmaq lazımdır. Meyvələrdəki şəkər o halda zərərlidir ki, onun şirəsini çəkib içirsiz. Həm təbii, həm süni şəkərdə həddi bilmək lazımdır.

İstənilən şəkər normadan çox olduqda zərərlidir.

Şəkər autoimmun xəstəliklərin də səbəbidir.

Alimlər sübut edib ki, şəkər əvəzediciləri aritmiyaya səbəb olur”.


Aygün Musayeva