Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Damar tıxanmasının qarşısını alan qidalar – YAŞIL SƏBZƏLƏRİN FAYDALARI

  • 2019.08.19 11:09
  • 12264 Baxış
Damar tıxanmasının qarşısını alan qidalar  – YAŞIL SƏBZƏLƏRİN FAYDALARI
Xeyirli qidalar mətbəxinizə girəndə xəstəliklər oradan uzaqlaşır. Ömrü uzadan bitkilər hüceyrələrin məhv olmasına mane olur. Bu qida qrupuna daxil olan səbzələr sağlamlığımıza olduqca faydalıdır. Damar sərtləşməsi, ürək xəstəlikləri, hətta xərçəngin qarşısını alan qidaları süfrəmizdən əksik etmək olmaz. Medicina.az yaşıl səbzələrin faydaları haqqında maraqlı məlumatları təqdim edir.

 

HÜCEYRƏLƏRİN MƏHV OLMASINI ƏNGƏLLƏYİR

 

 
Qırmızı və ağ kələm, pazı, o cümlədən digər yarpaqlı bitkilər yeyilə bilən ən faydalı məhsullardır.
Bu səbzələrdə A,B,K və digər vitaminlər, əsas minerallar kalsium, dəmir, maqnezium, kalium hüceyrələrin bərpasını təmin edən antioksidləşdiricilər baxımından zəngindir. Son zamanlar bəşəriyyətin ən böyük bəlası hüceyrə deformasiyaları ilə əlaqədar problemlərdir.


 

DAMAR SRTƏLƏŞMƏSİNƏ QARŞI YAŞIL YARPAQLI SƏBZƏLƏR

 

 

Yaşıl yarpaqlı səbzələr damar sərtləşməsini əngəlləyir. O cümlədən ürək xəstəlikləri ilə bağlı problemləri də dəf edir. Yaşıllıqların tərkibində olan fitokimyəvi maddələr, iltihabı azaldan təbii bir birləşmədir. Yaşıl yarpaqlar vitamin, mineral, antioksidləşdiricilər, fitokimyasalların təsirini artıracaq kombinasiya edərək, hüceyrələri toksiki maddələrdən təmizləyir. DNA-nın sərbəst radikallar tərəfindən zərər görməsini əngəlləyir. Beləliklə xərçəng hüceyrələrinin çoxlamasının və yaranmasının qarşısını alır. Bunun üçün də həyatınıza daha çox yaşıl səbzələr qatın. Nəticədə orqanizminizi təbii şəkildə qorumuş olacaqsınız. Yəni səbzələrin gücündən istifadə etməyi öyrənməliyik.

 

 

YAŞILIN GÜCÜ ALTSHEYMER XƏSTƏLİYİ RİSKİNƏ DƏ QARŞI

 

Yaşıl yarpaqlı bitkiləri bədən tərəfindən nitrit oksidinə çevrilən təbii nitrat mənbəyidir. Nitrit oksidi insan metabolizması üçün əvəzolunmazdır. Qan təzyiqini azaldan nitrit oksidi qan axını dəstəkləyir. Yaş artdıqca az azot oksidi istehsal edirsiniz. 40 yaşdan sonra bu xüsusilə ikiqat azalır. Bədən mexanizminin müntəzəm işləməsi üçün daha çox nitrat qida istehlak etmək lazımdır. Yaşıl yarpaq bitkiləri zehni aydınlığı artırır, depressiyanın qarşısını alır və Altsheimer kimi xəstəliklərin riskini azaldır. Digər tərəfdən yaşıl yarpaqlı bitkilər həzmi sürətləndirir və insanı dolğun saxlayır.

 Ayna Məmmədova Medicina.az

 

 
Damar tıxanmasının qarşısını alan qidalar  – YAŞIL SƏBZƏLƏRİN FAYDALARI
Damar tıxanmasının qarşısını alan qidalar  – YAŞIL SƏBZƏLƏRİN FAYDALARI
Damar tıxanmasının qarşısını alan qidalar  – YAŞIL SƏBZƏLƏRİN FAYDALARI