Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Damaq, diş əti iltihabı bağırsaq xərçənginin siqnalıdır - DIQQƏT

  • 2018.04.09 17:20
  • 44081 Baxış
Damaq, diş əti iltihabı bağırsaq xərçənginin siqnalıdır -  DIQQƏT
Nyu-York Tibbi Mərkəzinin alimləri damaq və diş əti iltihabı yaradan bakteriyaların qida borusu xərçəngi yarada biləcəyini araşdırıblar.

Araşdırmada 122 000 nəfər amerikalının ağız boşluğu 10 il ərzində izlənilib. Məlum olub ki, ağız boşluğunda olan Tanneralla forsythia bakteriyası qida borusu şişinin yaranmasında 20% rol oynayır. Bakteriyanın xərçəng yaratma mexanizmi hələ tam aydın olmayıb. 


Araşdırmanın müəllifi Entoni Starpoli deyir ki, qida borusu və mədə xərçəngini önləmək üçün mütləq ağız boşluğu xəstəlikləri, iltihabı vaxtında müalicə olunmalıdır.  

Hazırda dünyada qida borusu, udlaq xərçəngi onkoloji xəstəliklər içində 6-cı yerdə durur. Daha çox gecikmiş mərhələdə diaqnoz olunan bu xəstəlikdə yaşamaq şansı 5 ildir. 


Ona görə bu yeni araşdırma ağız boşluğundakı bakteriyalardan ehtiyatlı olmağa sövq edir. Bu, qida xərçənginin profilaktikası üçün yeni metodlar yaradılmasına da təkan verə bilər. 

 


Əgər qida borusu xərçəngindən qorunmaq istəyirsizsə, ağız boşluğu, dişlər və diş köklərinin sağlamlığına ciddi önəm verib, bakteriyaları yoxladın.