Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daimi yorğunluq hissi xəstəlikdəndir?

  • 2023.05.01 13:17
  • 1458 Baxış
Daimi yorğunluq hissi xəstəlikdəndir?
Əgər siz daimi yorğunluq hiss edirsizsə, təcili olaraq həkimə müraciət edin. Bu, təhlükəli xəstəliyin əlaməti ola bilər.

“Medicina” xəbər verir ki, daimi yorğunluq xroniki hormon çatışmazlığından ola bilər.

Daimi yorğunluq normal vəziyyət deyil. Ancaq bu hiss həftə sonları istirahətindən və bayramlardan sonra da getmirsə, heç də stress məsələsindən qaynaqlanmır.

Yorğunluq çox sayda xəstəliyin ümumi bir əlamətidir və ilk növbədə endokrinoloqa baş çəkməyə, qalxanabənzər vəzinin normal işlədiyini yoxlamağa dəyər.

Bu fizioloji simptomlar və əlamətlər tiroid problemlərini göstərir:

• Daimi yorğunluq
• Çəki artımı və ya əksinə kilo itkisi,
• Saç tökülməsi,
• Artan tərləmə,
• Boyunda şişlik,

• Ürək ritminin dəyişməsi,
• Üşümə və ya qızdırma
• Əl titrəməsi,
• Görmə problemləri,
• Əllərdə uyuşma və s.

Qalxanabənzər vəzi orqanizmdə demək olar ki, bütün metabolik prosesləri tənzimləyir.

İnsan orqanizminin müəyən xəstəliyə meyilli olmasında genetik faktorlar rol oynayır.

Aşağıdakı xarici amillər tiroid xəstəliklərinin inkişafına təsir göstərir:

• Psixoloji və emosional stress;
• Yanlış qidalanma, lazımi miqdarda vitamin və mineralların olmaması;

• Ekologiya;

• Xroniki xəstəliklərin olması;
• İrsiyyət;

• Bədəndə yod çatışmazlığı.

Günay Quluzadə