Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daim gənc görünmək üçün bu meyvəni yeyin! - Kollagen “bomba”sıdır

  • 2024.06.10 23:13
  • 697 Baxış
Daim gənc görünmək üçün bu meyvəni yeyin! -  Kollagen “bomba”sıdır
Kivi antioksidant və C vitamini mənbəyidir. Kivinin dəri sağlamlığı üçün müalicəvi təsirləri var. Ona görə də mütəxəssislər daim gənc görünmək istəyənlərə bu meyvəni tövsiyə edirlər.

Medicina.az kivinin faydalarını təqdim edir:

Bir çox insan gənc qalmaq üçün müxtəlif dəriyə qulluq məhsullarından istifadə edir. Bununla belə, gənc görünüş üçün qidalanma da böyük əhəmiyyət kəsb edir.

Kivinin insanı ən azı 10 yaş cavanlaşdırdığı bildirilir. Kivi istehlakı həm cavanlaşdırır, həm də sağlam hüceyrələrin sayını artırır.
C vitamini ilə zəngin olan kivi dəri hüceyrələrini yeniləyərək dermis qatında qocalmanı azaldır.

Kivi təbiətdə ən yüksək antioksidant tərkibə malik meyvələrdən biridir. Zədələnmiş hüceyrələri tez bir zamanda bərpa etməyə kömək edir. Bu meyvə lif zənginliyi ilə də diqqət çəkir.

Lütien və zeaksantinlə zəngin olan kivi qocalmağa meylli hüceyrələri aradan qaldıraraq yeni hüceyrələrin əmələ gəlməsini dəstəkləyir.

Həmçinin qırışların və sallanmaların qarşısını alır.

Daimi kivi istehlakı göz ətrafındakı qaraltıları və şişkinliyi azaltmağa kömək edə bilər. Bu cür dəri problemlərinin qarşısını almaqda kifayət qədər kivi qəbulu təsirli olur.

Kivi saçların daha parlaq və canlı görünməsinə kömək edir.

Saç follikullarında vitamin çatışmazlığını aradan qaldıraraq sağlam saçların uzanmasını dəstəkləyir.

Bütün bunlar üçün kivini mütəmadi olaraq yemək lazımdır.

Ancaq allergiya riski olan və ya başqa sağlamlıq problemləri olan insanların bu meyvədən istifadə etməzdən əvvəl mütəxəssislə məsləhətləşməsi vacibdir.


Aysel