Baş hərlənmə sadə bir səbəbdən, eləcə də ciddi xəstəliklərdən ola bilər.
“Medicina” xəbər verir ki, ingilis terapevt Martin Skurr daimi, səngiməyən başgicəllənmənin heç də həmişə insult və ya beyin xərçəngindən olmadığını bildirib.
“Çox zaman baş hərlənmə vegetativ və daxili qulaqdan olur. Xoşxassəli paroskizmal gicəllənmə nevroloji xəstəlikdir, bu zaman güclü və ani olub, keçib gedən tutmalar olur.
Bu zaman hərlənmə yataqdan qalxanda, başın vəziyyətini dəyişəndə, əyiləndə olur.
Bu hal ölümcül deyil. Bəzən kalsium kristalları qulaq daşlarına çevrilib, daxili kanallara miqrasiya edir.
Qəfil hərəkət edəndə bu kristallar hərəkət edir. Bu zaman beyinə yalançı siqnal gedir və baş hərlənmə olur.
Amma hərləmə vaxtında müalicə olunmalıdır ki, insanın yolda yıxılmasına səbəb olur.
Ciddi xəstəliklərdə hərlənmə daimi olur, başın hərəkətindən asılı olmur, gözlər dumanlanır, ürək bulanır”.
Aygün Musayeva