ÜST mütəxəssisləri iynə lazım olmayan, otaq temperaturunda saxlanılan yeni COVID-19 vaksininin bu il və ya gələn il istifadəyə veriləcəyi deyib.
Medicina.az xəbər verir ki, mütəxəssislər 6 və ya 8 peyvəndin klinik çalışmalarının tamamlandığını, ilin sonuna qədər hazır olacağını deyiblər. Son günlər daha da təhlükəli növlərinin ortaya çıxmasından sonra mütəxəssislər vaksinin yaradılmasında çətinliklərin yarandığını, 1 il ərzində yeni vaksinlərin meydana gələcəyini bildiriblər. Yeni vaksinlərin tək dozalıq, ağızdan qəbul edilən və burun spreyi kimi alternativləri olacaq və bundan hamilələr də istifadə edə biləcək.
Hal-hazırda yaradılan vaksinlər koronavirusun yeni variantlarını əngəlləmək üçün hazırlanır və sınaq mərhələsindədir.